Peskov İrəvanın ittihamlarına cavab verib

 Peskov İrəvanın ittihamlarına cavab verib
  18 Sentyabr 2024    Oxunub:1080
Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib.
O, brifinq zamanı deyib ki, Rusiya Federasiyası Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ünvanladığı tənqidi bəyanatlarla razılaşmır. Lakin Moskva bundan sonra da İrəvanı özünün yaxın tərəfdaşı hesab edəcək.
“Biz Ermənistanla təmasları davam etdiririk. Əlaqələr bundan sonra da davam etdiriləcək. Çünki o, bizim yaxın tərəfdaşımızdır”, - Rusiya liderinin nümayəndəsi bildirib.

Paşinyan: “KTMT Ermənistanın suverenliyinə təhdiddir”
Peskovun sözlərinə görə, KTMT Ermənistan respublikasının müstəqilliyinə heç bir təhlükə yaratmır: "Əksinə, beynəlxalq strukturun əsas vəzifələrindən biri ona üzv olan ölkələrin suverenliyini qorumaqdır".

Xatırladaq ki, bu gün Nikol Paşinyan ölkəsinin KTMT ilə münasibətlərdə "geri dönüşü olmayan bir yola" yaxın olduğunu deyib. Siyəsətçi iddia edib ki, KTMT Ermənistanın suverenliyinə təhlükə yartadığına görə İrəvan bu qurumda iştirakını dondurub.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Peskov   Ermənistan   Paşinyan  





Xəbər lenti