Əmmanda İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunacaq

Əmmanda İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunacaq
  18 Sentyabr 2024    Oxunub:819
Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, türkiyəli nazir Əmmanda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının təmas qrupuna daxil dövlətlərin XİN rəhbərlərinin görüşündə iştirak edəcək.

Görüşlərdə İsrail ilə Fələstin arasında davam edən qarşıdurma, bu münaqişədə təcili və daimi atəşkəsə nail olmağın yolları, problemin iki dövlətli həlli istiqamətində atılacaq addımlar müzakirə ediləcək.

Səfər çərçivəsində nazir Fidan İordaniya Kralı II Abdullah ibn Al Hüseyn tərəfindən qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti