Lavrov: "NATO Kiyevə kəşfiyyat məlumatları ötürür" - VİDEO

      Lavrov:    "NATO Kiyevə kəşfiyyat məlumatları ötürür" -  VİDEO
  12 Sentyabr 2024    Oxunub:1492
"NATO-nun ötürdüyü hərbi-kosmik kəşfiyyat məlumatlar Rusiyanın dərinliklərində mülki hədəfləri müəyyənləşdirmək və vurmaq məqsədi daşıyır".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada vəziyyətin həlli mövzusunda xarici səfirlərin dəyirmi masasında dilə gətirib.

"Alyansın mütəxəssisləri bu işin koordinasiyasını həyata keçirirlər. Hədəflər tamamilə mülki mahiyyət daşıyır: yaşayış binaları, həyati obyektlər, enerji və sənaye infrastrukturu, məktəb, uşaq bağçası və poliklinika kimi ictimai binalardır", - o vurğulayıb.
ABŞ və Britaniyanın ali diplomatları Kiyevə gediblər

Lavrovun sözlərinə görə, "Qərb Kiyevin Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirməsinə çoxdan icazə verib". O, ABŞ Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bu məsələyə dair danışıqlar məqsədilə Kiyevə səfərinə eyham vurub. Digər tərəfdən, Blinken "icazə" ilə bağlı müzakirənin nəticələrini Prezident Co Baydenə çatdıracağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   ABŞ   müharibə  





Xəbər lenti