"Bayden Ukraynadakı münaqişəni həll etməyə çalışmır" - Tramp

   "Bayden Ukraynadakı münaqişəni həll etməyə çalışmır" -    Tramp
  13 Sentyabr 2024    Oxunub:885
"ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün qətiyyən səy göstərmir".
AzVision.az xəbər verir ki, bunu Amerikanın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib:

"Ukrayna ilə bağlı sülh planım var" - Tramp
“Sizcə, Bayden Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün həll yolu tapmağa çalışır? Mən belə düşünmürəm. O, bir neçə ildir ki, Rusiya prezidenti Vladimir Putinlə danışmır".

Qeyd edək ki, Tramp prezident seçkilərində qalib gələrsə, yanvarın 20-də ABŞ-də keçiriləcək andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib: “Mən Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll edəcəyəm. Yalnız mən bu açıqlamanı verə bilərəm: III Dünya Müharibəsinin qarşısını alacağam”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   DonaldTramp  





Xəbər lenti