İran xarici işlər nazirinin müavini İrəvana gedir

İran xarici işlər nazirinin müavini İrəvana gedir
  13 Sentyabr 2024    Oxunub:1171
İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb. Diplomat erməni həmkarı Vaan Kostanyanla söhbət etdiyini söyləyib.

"İndicə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mənə zəng vurdu. Bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bir daha təsdiqlədim. Mən beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfərlə bağlı dəvətini isə məmnuniyyətlə qəbul etdim",- paylaşımda yazılıb.

Xatırladaq ki, bundan əvvəl Kostanyan da İran rəsmisi ilə telefon danışığı barədə məlumat yaymışdı. O qeyd edib ki, İranın Ermənistan respublikanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
İran rəsmiləri İkinci Qarabağ Müharibəsindən sonra tez-tez Ermənistanın sərhədinin dəyişdirilməsinin onlar üçün qırmızı xətt olduğunu bəyan edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti