Peskov: “Rusiya Ərdoğanın Krım çağırışına baxmayaraq, Türkiyə ilə əməkdaşlıq etmək istəyir"

      Peskov:    “Rusiya Ərdoğanın Krım çağırışına baxmayaraq, Türkiyə ilə əməkdaşlıq etmək istəyir"
  13 Sentyabr 2024    Oxunub:1102
Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılması barədə bəyanatını şərh edib.
O Ankaranın Moskvanın mövqeyini anlayacağına ümidli olduğunu söyləyib: "Ümumiyyətlə bu mövzu türk dostlarımızla aramızda olan fikir ayrılıqları kateqoriyasına aiddir. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Biz öz mövqeyimizdən çəkilmirik. Ümid edirik ki, Ankaraya bizi başa düşəcək.

"Krım Ukraynanın nəzarətinə qayıtmalıdır" - Ərdoğan
Rusiya Ərdoğanın Krımla bağlı dediklərinə baxmayaraq, Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Ümumilikdə isə Türkiyə ilə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. ABŞ-nin təzyiqlərini yumşaltmaq cəhdlərinə gəlincə, rəsmi Ankara bizimlə ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək də daxil olmaqla, öz maraqlarını rəhbər tutmağa davam edir”, - Peskov bildirib.

Xatırladaq ki, iki gün öncə Türkiyə prezidenti Krım Platforması liderlərinin IV Zirvə toplantısına videomüraciətində yarımadanın Ukraynaya qaytarılmasına çağırış etmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ərdoğan   Peskov  





Xəbər lenti