İran İsrailə hücuma hazırlaşır

 İran İsrailə hücuma hazırlaşır
  06 Oktyabr 2024    Oxunub:339
İran komandanlığının İsraillə münaqişə təqdirində bir sıra tədbirlər planı var.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Əlirza Təngsiri deyib.

O, “İsrailin baş naziri Benyamin Netanyahunun odla oynadığını” deyib və bildirib ki, İran ordusu əks hücuma hazırdır, bununla bağlı bir sıra təlimlər keçirib.

İran Silahlı Qüvvələrindəki mənbə isə Tasnim agentliyinə bildirib ki, İranın cavabı və əks-hücumları İsrail tərəfinin nə edəcəyindən asılı olacaq.

Bu arada İranın neft naziri Möhsün Paknecat İslam Respublikasının ən böyük neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına baş çəkib.

Bu terminal dünyanın 20 ən böyük terminalından biridir. 23 milyon barel neft tutan doqquz tankeri eyni vaxtda qəbul edə bilir.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövləti Ayətullah rejimi tərəfindən İsrailə atılan yüzlərlə ballistik raketə cavab vermək hüququna malikdir.

Qeyd edək ki, Xarq neft terminalı İsrailin hücumunun ehtimal olunan hədəflərindən biri hesab olunur.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti