Türk Hava Yollarının pilotu Sietl-İstanbul reysi zamanı həlak olub

Türk Hava Yollarının pilotu Sietl-İstanbul reysi zamanı həlak olub
  09 Oktyabr 2024    Oxunub:729
Türk Hava Yollarına məxsus təyyarənin komandiri Sietldən İstanbula uçarkən vəfat edib. Təyyarə Nyu-Yorkda təcili eniş edib.
Bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Üstün X-də məlumat yayıb.

"Sietl-İstanbul marşrutu üzrə TK204 reysini həyata keçirən TC-LGR dövlət nömrə nişanlı Airbus A350 təyyarəsinin kapitanı İlçehin Pehlivan uçuş zamanı huşunu itirib. İlk tibbi yardım uğursuz olub və ekipaj təcili eniş etmək qərarına gəlib. Lakin kapitanımız təyyarə yerə enmədən əvvəl həyatını itirib", - o, yazıb.
Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, Pehlivanın 59 yaşı olub. Pilot bu yaxınlarda aviasiya mərkəzində məcburi tibbi müayinədən keçib və səhhətində onun işinə mane olacaq hər hansı problem aşkar edilməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti