“Milton” qasırğası ABŞ-də tüğyan edib - VİDEO

  “Milton” qasırğası ABŞ-də tüğyan  edib -  VİDEO
  10 Oktyabr 2024    Oxunub:345
Milton qasırğası ABŞ-nin Florida ştatının sahillərinə çatan “Milton” qasırğası sahilyanı əraziləri vurub.
ABŞ-nin “CBS” telekanalı Qasırğaların müşahidəsi üzrə Milli Mərkəzin məlumatına istinadən xəbər verir ki, fəlakət Florida materikinə demək olar ki, bitişik bir maneə adası olan Siesta-Ki yaxınlığında ştatın qərb sahilinə çatıb. Sahilə dəyəndə qasırğanın içindəki külək təxminən 193 km/saat sürətlə əsirdi.

Qasırğa Mərkəzi yaxınlıqdakı sakinlərə “son dərəcə təhlükəli qasırğalı küləklər” səbəbindən sığınacaq tapmaları barədə xəbərdarlıq edib. “Milton” qasırğası əsasən Floridanın qərb sahillərinə ağır zərbə vursa da, ştatın şərq sahilində yerləşən Sent-Lusi qraflığındaki qocalar evində də insan tələfatına səbəb olub. “Fox News” telekanalı xəbər verir ki, qraflığın şerifi şərq sahilini vuran bir sıra tornadolardan sonra “çoxlu qurbanlar”ın olduğunu bildirib.

İnzibati dairənin təmsilçisi Erik Qill Sent-Lusi qraflığında onlarla evə ziyan dəydiyini, bəzilərinin isə fəlakətli dərəcədə zərərə düçar olduğunu deyib. Telekanalın məlumatıan görə, təbii fəlakətlər səbəbindən Floridada işıqsız qalan ev təsərrüfatlarının sayı 1 milyonu keçib. Florida Fövqəladə Hallar Agentliyinin icraçı direktoru Kevin Qutri ştatda 125 evin dağıldığını bildirib.


Bayden və Blinken “Ramştayn” formatının iclasına getməyəcəklər
Yeri gəlmişkən, ABŞ prezidenti Co Bayden Floridaya yaxınlaşan “Milton” qasırğasına hazırlıqlara şəxsən nəzarət etmək üçün “Ramştayn” formatının növbəti Almaniyada keçiriləcək növbəti yığıncağına qatılmaqdan imtina edib.

Qeyd edək ki, sentyabrın sonunda Florida ştatının daha bir dağıdıcı “Helen” qasırğası ilə üzləşməsi nəticəsində ən azı 270 nəfər həlak olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:  





Xəbər lenti