Məğlubların matəmi: Morqlarda 88 erməni cəsədi "yatır" |
Janna Gevorqyan adlı şəxs özünün sosial şəbəkə hesabında yazıb ki, əsgəri artıq dəfn edəcəklər və revanşist ideyalarından əl çəkməyəcək. “Əziz dostlar, dərin təəssüf hissi ilə bildirirəm ki, 4 il ağır gözləntilərdən sonra Hayk Manukyanın DNT-si təsdiqləndi. Haykın dəfn mərasimi oktyabrın 12-də saat 13:00-da Nork ailə qəbiristanlığında keçiriləcək. Əgər mübarizə aparmasaq, matəmimiz də əbədi olacaq. Bizim Hayka görə və onun ideyaları uğrunda olan mübarizəmiz həmişə davam edəcək",- əsgər anası yazıb.
Ötən ay "Joğovurd" nəşri bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, müharibədən 4 il keçsə də morqlarda 88 nəfərin cəsəd qalıqları qalıb: "Bu əsgərlərin DNT-si müəyyən edilsə də basdırılmayıblar. Ermənistanın Səhiyyə Nazirliyi bəyan edir ki, döyüşdən 4 il keçsə də, müharibə qurbanlarının valideynləri DNT araşdırmasının nəticələrini rədd edirlər".
Tural Tağıyev
AzVision.az