İrlandiyalı jurnalist Ursula fon der Lyayeni korrupsioner adlandırıb

   İrlandiyalı jurnalist Ursula fon der Lyayeni    korrupsioner    adlandırıb
  10 Oktyabr 2024    Oxunub:306
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin Macarıstanın baş naziri Viktor Orbanın əleyhinə bəyanatlarından sonra İrlandiyalı jurnalist Çey Bouz “X” sosial şəbəkəsində xanım Lyayenə korrupsioner olduğunu xatırladıb.
AzVision.az xəbər verir ki, AK-nin rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentində keçirilən iclasda Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna böhranının həlli istiqamətində göstərdiyi sülh səylərini tənqid edərək, bütün hallarda Ukraynaya hərbi və iqtisadi dəstəyi davam etdirmək arzusunda olduğunu diqqətə çatdırıb.

“Seçilməyən korrupsioner bir bürokrat suveren dövlətin demokratik yolla seçilmiş liderinə hücum edir. “Azad Avropa İttifaqı”na xoş gəlmisiniz”, - irlandiyalı jurnalist “X” sosial şəbəkəsində yazıb.

Jurnalistlər Ursula fon der Lyayeni məhkəməyə veriblər
Qeyd edək ki, bir neçə gün əvəl Amerikanın “The New York Times” qəzetinin Avropa Komissiyasına (AK) qarşı məhkəmə iddiası qaldırdığı məlum olub. Qəzetin əməkdaşları AK-nin rəhbəri Ursula fon der Lyayenin “Pfizer” anti-Covid peyvəndinin alınması üçün müqavilələr bağlayarkən maliyyə pozuntularına yol verdiyini iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bouz   Lyayen   korrupsioner  





Xəbər lenti