Zelenski Parisdə Makronla görüşüb

Zelenski Parisdə Makronla görüşüb
  10 Oktyabr 2024    Oxunub:246
Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın paytaxtı Parisə gedib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters“ yayıb.

Onu “Yelisey” Sarayının qarşısında fransalı həmkarı Emmanuel Makron qarşılayıb. Daha sonra hər iki lider danışıqlar üçün sarayın əsas qapısından içəri daxil olublar.

Qeyd edək ki, oktyabrın 11-də V. Zelenskinin Almaniya paytaxtı Berlində kansler Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə danışıqları nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti