“Nüvə beşliyi” nin yığıncağı keçiriləcək
“Müvafiq təmaslar Nyu-Yorkda BMT Baş Assambleyasının Birinci Komitəsinin iclası çərçivəsində baş tutacaq. Ümid edirik ki, bu formatda qərbli üç iştirakçı özlərini ən azı bir az konstruktiv aparacaqlar”, - Ryabkov vurğulayıb.
“Nüvə beşliyi”nə daxil olan ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin həm də İkinci Dünya müharibəsində qalib gələn ölkələr kimi BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri statusuna malikdirlər. Məhz buna görə də, sözügedən ölkələrə nüvə silahına malik olmaq hüququ verilib.
Amma buna rəğmən, nüvə silahına malik dövlətlər sırasına qeyri-rəsmi şəkildə Pakistan, Hindistan və Şimali Koreya da qoşulublar. Çəksər analitiklər İsrailin də ən azı 150-200 nüvə başlığına sahib olduğunu iddia edirlər. Tehran özünün nüvə silahı yaratmaq təşəbbüsünü İsrailin nüvə potensialına malik olması ilə əsaslandırmağa çalışır.
Qeyd edək ki, dünyanın aparıcı dövlətlərinin qlobal proseslərdə əsasən güc amilindən istifadə etməsi digər ölkələrin nüvə silahına yiyələnmək meyllərini əhəmiyyətli dərəcədə artırır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: BMT nüvə-dövlətlər toplantı