Tbilisi Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunacağına inanır

Tbilisi Gürcüstanın    ərazi bütövlüyünün    sülh yolu ilə bərpa olunacağına inanır
  11 Oktyabr 2024    Oxunub:937
Abxaziya və Cənubi Osetiyanın birləşdirilməsi nəzərə alınmaqla respublikanın ərazi bütövlüyünün dinc yolla bərpası “tamamilə realdır”.
AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze belə deyib.

“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə realdır”, - İrakli Kobaxidze Gürcüstanın İctimai televiziyasına müsahibəsində vurğulayıb.

Bundan daha əvvəl, sentyabrın 14-də “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində bildirib ki, ölkə hakimiyyəti onun partiyasının oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindəki qələbəsindən sonra 2008-ci müharibə ili üçün üzr istəmək üçün özündə güc tapacaq.

İvanişvili əmindir ki, “gürcülər və osetinlər üçün xristianlığın təməl daşı” olan bağışlanma sayəsində Gürcüstanın düşmənləri tərəfindən sırınan qardaş qırğınları “tarixi qarşılıqlı bağışlanma və barışıqla başa çatacaq”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   ərazi   bütövlük  





Xəbər lenti