Ruslara məxfi hərbi texnologiyanın beşdə biri Dehlidən ötürülür - "Bloomberg"

Ruslara məxfi hərbi texnologiyanın beşdə biri Dehlidən ötürülür  - "Bloomberg"
  12 Oktyabr 2024    Oxunub:1067
Hindistan Rusiyaya mikroçiplər, mikrosexmlər və dəzgahlar kimi kritik sanksiya tətbiq olunan texnologiyaların ən böyük tədarükçülərindən birinə çevrilib. Rəsmi Dehli siyahıda ikincidir.
Bu fikirlər “Bloomberg”də dərc olunan məqalədəndir. Nəşr ABŞ və Avropa rəsmilərinin bəyanatlarına istinad edib.

Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib
Belə ki, Hindistanın mikroçiplər, mikrosxemlər və dəzgahlarla bağlı ixracı aprel və may aylarında 60 milyon dolları keçib və bu ilin əvvəlki aylarından təxminən iki dəfə çoxdur. İyulda isə 95 milyon dollara yüksəlib. Bu göstəriciyə görə Hindistanı yalnız Çin qabaqlayır.

“Rəsmilərin sözlərinə görə, son məlumatlara əsaslansaq, Rusiya hərbi-sənaye kompleksinə daxil olan məxfi texnologiyaların demək olar ki, beşdə biri Hindistandan ötürülür”, - məqalədə yazılıb.

Müəllif ikili təyinatlı malların əksəriyyətinin Rusiyaya birbaşa ixracının qadağan olduğunu xatırladıb. Ona görə də Kreml onları üçüncü ölkələrdən - bəzən Qərb firmalarının törəmə şirkətlərindən və ya vasitəçilər şəbəkəsindən almağa məcbur olur.

Eyni zamanda, Kiyevin Qərb müttəfiqləri BƏƏ-dən keçən bu marşrutların bəzilərini məhdudlaşdırmağa çalışdığı bir vaxtda, yeni mərkəzlər yaranır. Məsələdən məlumatlı rəsmilərin sözlərinə görə, bu siyahıya Hindistanla yanaşı Malayziya və Tayland da daxil olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hinditsan   Rusiya  





Xəbər lenti