BAEA-nın rəhbəri COP29-a böyük ümidlər bəsləyir

   BAEA-nın rəhbəri COP29-a böyük ümidlər bəsləyir
  12 Noyabr 2024    Oxunub:394
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi nüvə enerjisi üzrə konsensusdan sonra hərəkətə keçmək üçün konkret addımların vacibliyini qeyd edib.
“Əgər sonuncu COP-da nüvə enerjisi arxa plana keçibsə və qərarların yalnız bir hissəsi olubsa, bu il nəyin lazım olduğunu razılaşdırmağın vaxtı çatıb”, -deyə Qrossi Azərbaycan paytaxtında keçirilən iqlim konfransı zamanı deyib.

O, həmçinin karbonsuz gələcəyə keçid üçün mərhələli və balanslı yanaşmanın vacibliyinə diqqət çəkib: “Beynəlxalq konsensus ondan ibarətdir ki, keçid nizamlı olmalıdır və ölkələr iqtisadi, sosial və əmək aspektlərini nəzərə alaraq öz həll yollarını tapmalıdırlar. Bizim tərəfimizdən nüvə enerjisi getdikcə daha mühüm rol oynamalıdır. Buna görə də biz buradayıq”.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti