Yunanıstanın Baş naziri: İqlim böhranı artıq başlayıb

      Yunanıstanın Baş naziri:    İqlim böhranı artıq başlayıb
  13 Noyabr 2024    Oxunub:1310
İqlim keçidini sürətləndirmək və eyni zamanda, uyğunlaşma tədbirlərinə daha çox diqqət yetirmək lazımdır, çünki iqlim böhranı artıq başlayıb.
Bunu Bakıda keçirilən COP29 çərçivəsində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis bildirib. Baş nazir qeyd edib ki, Yunanıstan iqlim dəyişikliyi ilə əlaqədar risklərə hazır olmağa çalışır: "2050-ci ilə qədər karbon neytrallığına nail olmaq, həm də 2024 və 2025-ci illərdə vətəndaşlarımızı qorumaq üçün bu balansı saxlamaq ümumi rifahımızın açarıdır”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində Yunanıstanın milli pavilyonunun rəsmi açılış mərasimi keçirilib.

AzVision.az


Teqlər: COP29   Yunanıstan  





Xəbər lenti