İsrail "Hizbullah" və HƏMAS-ın 100-dən çox hədəfinə hücum edib

İsrail "Hizbullah" və HƏMAS-ın 100-dən çox hədəfinə hücum edib
  14 Noyabr 2024    Oxunub:281
İsrail ordusu son 24 saat ərzində Livan və Qəzza zolağında "Hizbullah" və HƏMAS-ın 100-dən çox hədəfinə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun (SAXAL) mətbuat xidməti xəbər yayıb.

Washington Post: "Livanda sülh Trampa hədiyyə olacaq"
Bildirilib ki, Livanın cənubunda İsrail əsgərləri “Hizbullah”ın silah anbarlarını, komanda məntəqələrini və buraxılış qurğularını məhv edib. Bundan başqa Livanın cənubunda quru əməliyyatı zamanı yaşayış və kommunal otaqların yerləşdiyi yeraltı tunel aşkar edilib.

Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir. Mülki şəxslərlə yanaşı, şiə hərəkatının liderləri də öldürülüb və bir milyondan çox insan qaçqın vəziyyətinə düşüb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   HƏMAS  





Xəbər lenti