Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş edib

Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş edib
  25 Noyabr 2024    Oxunub:298
Heydər Əliyev Beynəlxalq Aeroportu: "Air Arabia" aviaşirkətinin Moskva-Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
AzVision.az xəbər verir ki, bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

"Airbus A320" təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti