İranda baş verən zəlzələ Ordubadda hiss olunub

   İranda baş verən zəlzələ Ordubadda hiss olunub
  26 Noyabr 2024    Oxunub:233
İran ərazisində baş verən zəlzələ Azərbaycanın Ordubad şəhərində də hiss edilib.
AzVision.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:50-də Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,4 olub, zəlzələnin ocağı isə 4 kilometr dərinlikdə yerləşib.

Ordubad şəhərində zəlzələ 3 bala qədər hiss olunub. Hadisə ilə bağlı hər hansı ciddi ziyan və ya insan tələfatı barədə məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti