2025-ci ildə Azərbaycanda TCCA+ Forumu keçiriləcək

   2025-ci ildə Azərbaycanda TCCA+ Forumu keçiriləcək
  27 Noyabr 2024    Oxunub:294
2025-ci ildə Azərbaycanda TCCA+ (Trade Connect Central Asia+) Forumu keçiriləcək.
AzVision.az xəbər verir ki, forum İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, COP29 çərçivəsində ITFC TCCA+ proqramını təqdim edib.

TCCA+ proqramı ilə daha ətraflı tanış olmaq üçün ITFC ticarət həlləri kompleksinin baş əməliyyat direktoru Nazim Nurdəli ilə Özəl müsahibəni təqdim edirik.

Xatırladaq ki, ITFC IsDB Qrupunun üzvüdür. Korporasiya İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarətin inkişafına dəstək olmaq məqsədilə yaradılıb və bu fəaliyyət ümumilikdə insanların sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verir. 2008-ci ilin yanvarında fəaliyyətə başlayan ITFC, İƏT-ə üzv ölkələrə 75 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə təmin edərək, onların tələblərini qarşılamaq üçün aparıcı ticarət həlləri təminatçısına çevrilib.

Missiyası İƏT üzv ölkələri və digər dövlətlər üçün ticarətin inkişafını sürətləndirmək olan korporasiya, üzv ölkələrdən olan təşkilatlara ticarət maliyyələşdirməsinə daha yaxşı çıxış imkanı yaradır və onların qlobal bazarda rəqabət qabiliyyətini artırmaq üçün lazım olan alətləri təqdim edir.

AzVision.az



Teqlər:





Xəbər lenti