Aİ səfiri : Gürcüstana sanksiyaların hazırlanması üzərində iş gedir

      Aİ səfiri    : Gürcüstana sanksiyaların hazırlanması üzərində iş gedir
  09 Dekabr 2024    Oxunub:835
Son 12 gündə Gürcüstanda baş verənlər birmənalı olaraq sanksiyaların tətbiq edilməsini tələb edir, sanksiyaların hazırlanması üzərində iş gedir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib. O, sanksiyaların tətbiq edilməsinin 27 ölkənin yekdilliyindən asılı olduğunu vurğulayıb.

“Sanksiya siyasətinə gəldikdə, mən həmişə sizinlə çox açıq danışmışam. Bu, Aİ üçün çox çətindir, çünki 27 üzv dövlətin yekdilliyinə ehtiyacımız var. Bununla belə, Gürcüstanda son 12 gündə baş verənlər açıq şəkildə sanksiyaların tələb edilməsini tələb edir və mən bilirəm ki, yekdil fikrə gələcəyimiz sanksiyaların hazırlanması istiqamətində iş gedir. Bu, 27 üzv dövlətdən asılıdır. Ümid edirəm ki, istənilən Aİ paytaxtı üçün şiddət və zorakılığın bu səviyyəsinə məhəl qoymamaq çox çətin olacaq. Görək, bazar ertəsi sanksiyalar təqdim olunacaqmı? Bu istiqamətdə həqiqətən də iş gedir", - Pavel Herçinski deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti