İmişli Şəkər Zavoduna media tur təşkil edilib

İmişli Şəkər Zavoduna media tur təşkil edilib
  10 Dekabr 2024    Oxunub:629
Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur keçirilib.
Müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub.

Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.
İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur. Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod “Regionların sosial- iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti