Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
  28 Dekabr 2024    Oxunub:333
Dekabr ayında 19 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd edilib ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti