Vətəndaşları aldadaraq dələduzluq edən şəxs saxlanıldı - VİDEO
Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub. E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir. E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
AzVision.az
Teqlər: