Avropa Rusiya qazı olmadan yaşamağa hazırdır

Avropa    Rusiya qazı    olmadan yaşamağa hazırdır
  31 Dekabr 2024    Oxunub:934
Avropa Komissiyası (AK) bəzi dövlətlərin, o cümlədən Slovakiyanın narahatlığına baxmayaraq, Avropa ölkələrinin 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən Rusiya qazının nəqlini dayandırmağa hazır olduğunu iddia edir.
AzVision.az xəbər verir ki, AK-nin rəsmi təmsilçisi Anna-Kaysen İtkonen belə bəyanatla çıxış edib.

“Yanvarın 1-dən Rusiyadan qazın tədarükünün dayandırılması gözlənilən vəziyyət idi və Avropa İttifaqı da buna hazır idi”, - xanım İtkonen vurğulayıb.

O, əmin edib ki, Avropa Komissiyası Aİ-yə üzv dövlətlərlə koordinasiyalı şəkildə 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ssenarisinə hazırlıq və təsirə məruz qalan üzv dövlətlər üçün alternativ tədarüklərin təmin edilməsi yönündə bir ildən artıqdır ki, xüsusi olaraq işləyir.

Qeyd edək ki, bu kontekstdə Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli ilə bağlı variantın da nəzərdən keçirildiyi barədə bəyanatlar səsləndirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya   qaz  





Xəbər lenti