İranlı general: "Əsədin devrilməsi Tehrana böyük zərbə idi"

      İranlı general:    "Əsədin devrilməsi Tehrana böyük zərbə idi"
  09 Yanvar 2025    Oxunub:441
"Münasibətlərimizdə bu, ya digər anlaşılmazlıqlara baxmayaraq, Suriyada Bəşər Əsədin devrilməsi İran üçün çox ağır məğlubiyyətdir".
Bu sözləri Tehran şəhərindəki məscidlərdən birində çıxışı zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriya üzrə komandirlərindən biri, briqada generalı Bəhruz İsbati dilə gətirib.

"Suriyanı itirdik, bu, fəxr duyulası şey deyil. Ağır məğlubiyyətə uğrayıb çox böyük zərbə aldıq", - "The New York Times" qəzeti generalın çıxışından sitat gətirir. Qəzet yazır ki, Əsəd rejiminin devrilməsi ərəfəsində iki ölkə arasında münasibətlər gərgin idi, çünki "Dəməşq Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Suriyadan İsrailə yeni cəbhə açmalarına icazə verməmişdi".

"Suriyada baş verən siyasi qarışıqlığa baxmayaraq, Tehran bu ölkəyə döyüşçülər göndərməyin yeni yollarını axtaracaq. Məsələn, illər ərzində işlədiyimiz bütün şəbəkələri aktivləşdirə, sosial mediada fəallaşa və müqavimət qrupları yarada bilərik. Digər beynəlxalq arenalardakı kimi Suriyada da lazımi işlərə başlamışıq", - İsbati bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Suriya   münaqişə   danışıqlar  





Xəbər lenti