Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar

Amerikalılar    Çinin Qrenlandiyadakı planlarına    mane olublar
  10 Yanvar 2025    Oxunub:366
2024-cü ildə ABŞ və Danimarka məmurları Qrenlandiyanın ən böyük nadir metallar yatağı olan “Tanbreez Mining” müəssisəsini öz layihəsini Çinlə əlaqələri olan şirkətlərə satmamağa çağırıb.
AzVision.az xəbər verir ki, “Tanbreez Mining” şirkətinin baş direktoru Qreq Barns “Reuters” agentliyinə müsahibəsində belə məlumat açıqlayıb. Barns rəhbəri olduğu şirkətin faydalı mineralların hasilatı ilə bağlı Vaşinqtonla müntəzəm danışıqlar apardığını bildirib.

Keçən il ABŞ administrasiyasının nümayəndələri onun şirkətinə iki dəfə baş çəkilbər və nəticədə o, “Tanbreez”-i Nyu-Yorkda yerləşən “Critical Metals” şirkətinə satmaq qərarına gəlib.
“Critical Metals” şirkətinin baş direktoru Toni Seyc bildirib ki, əslində Çin şirkətləri Barnsa daha çox pul təklif edirdilər. Lakin o, 5 milyon dollar pul və “Critical Metals” şirkətinin 211 milyon dollarlıq səhmləri müqabilində sonuncu ilə sövdələşməyə üstünlük verib.

“Çinlilər və digər tərəflərdən gələn təkliflər əhəmiyyət kəsb etmirdi. Çünki onlar necə ödəniş edəcəklərini dəqiq göstərməmişdilər”, - Barns Amerika şirkəti ilə sövdələşməsini əsaslandırıb.

“Reuters” yazır ki, “Tanbreez” şirkətinin satışının ABŞ hakimiyyətinin Qrenlandiyada “mis qurşağı” (Mərkəzi Afrikadakı mis filizi yataqları zolağı) uğrunda Çinlə rəqabət apardıqları Afrikadan daha çox uğur qazandığını sübut edir.

Qrenlandiya neçəyədir?
Bu, həmçinin Donald Trampın adaya nəzarəti bərqərar etmək istəyini açıqlamasından xeyli əvvəl ABŞ-nin Danimarkanın muxtar ərazisinə marağının mövcud olduğunu göstərir.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “bütün dünyada milli təhlükəsizlik və azadlığı təmin etmək” üçün Amerikanın Qrenlandiyaya yiyələnəmsinin “tamamilə zəruri olduğunu” vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   Qrenlandiya  





Xəbər lenti