Azercell-dən saxta paylaşımlarla bağlı abunəçilərinə müraciət
Qeyd edilənləri nəzərə alaraq “Azercell Telekom” MMC abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
- Qeyri-rəsmi səhifələrdə yerləşdirilən təkliflərə diqqətlə yanaşın;
- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın Azercell-ə aid olmasını/rəsmi sayt olduğunu yoxlayın;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;
- Azercell adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqənizin məlumatlarını paylaşmayın;
- Şübhəli məzmunlu internet saytlara daxil olmayın, orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər təkliflərdən istifadə etməyin;
- SMS və ya “WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;
- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;
- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.
Azercell öz abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir:
www.azercell.com
azercellim.com
Azercell Eksklüziv mağazaları və Azercell-in rəsmi diler şəbəkəsi
AzVision.az
Teqlər: