USAİD-in çöküşü erməni təşkilatlarında çaşqınlıq yaradıb |
Siyasətçi iddia edib ki, USAİD öz fəaliyyəti dövründə bəzi cinayətlərdə iştirak edib. Bunları törədənlər cəzalandırılmalıdır ki, bir daha belə hal olmasın.
"Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtonda yerləşən mənzil-qərargahı bağlıdır. USAİD-in ləğvi məsələsi də müzakirə olunur. Hazırda törədilmiş cinayətlərdə günahkar olanların cəzalandırılması və belə halların bir daha təkrarlanmaması vacib amilə çevrilib", - Dövlət Dumasının sədri qeyd edib. O, həmçinin USAİD-ə aid edilən insanlığa qarşı cinayətlərin siyahısını təqdim edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə USAİD-i tənqid edərək, qurumun amerikalı vergi ödəyicilərinin pullarını Amerikanın maraqlarına uyğun gəlməyən layihələrə xərclədiyini vurğulayıb.
Tural Tağıyev
AzVision.az