XİN rəhbəri Braje ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

XİN rəhbəri Braje ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
  03 Fevral 2025    Oxunub:383
Fevralın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje arasında telefon danışığı olub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az -a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti