“Xalxın” aktyoru nələr bacarır... | VİDEO

   “Xalxın” aktyoru nələr bacarır...    | VİDEO
  02 Fevral 2025    Oxunub:1365
Britaniyanın məşhur aktyoru, yazıçı-dramaturq ser Stiven Fray “Who Wants to Be a Millionaire?” (“Kim milyonçu olmaq istəyir”) televiktorinasında 15 sualdan 13-nə düzgün cavab verərək, 250 min funt (526 min manat) qazanıb.
Verilişin 2018-ci ildən bəri əvəzsiz aparıcısı olan digər məşhur teleşəxsiyyət Ceremi Klarkson bildirib ki, bu, onun indiyədək gördüyü ən böyük uduşdur.

Ser Stiven Fray 13-cü sualda köməkdən istifadə edib. Sual belə idi ki, Parisdən Berlinə doğru düz xəttlə getsək, Brüssel, Strasburq, Münhen və Lüksemburq şəhərlərindən hansı qarşımıza daha tez çıxacaq?


14-cü sual isə Britaniyanın “UK Top 40” sinqllar hit-paradındakı ən populyar mahnı haqında olub. Ser Stiven Fray dosta müraciət ertsə də, “dost”un köməyi dəyməyib (təəssüf ki, həyatda bir çox hallarda olduğu kimi).


Stiven Fray bir dəfə də 2005-ci ildə “Who Wants to Be a Millionaire?” viktorinasında içştirak edərək, £125 min qazanmışdı. O, budəfəki mükafatı rəhbəri olduğu “Mind” fondunun xəttilə psixoloji sağlamlıq məqsədilə həyata keçirilən xeyriyyə tədbirlərinə xərcləyəcəyini bildirib.

Qeyd edək k, Stiven Fray yüksək intellekti, yumor hissi ilə Britaniyada və dünyada tanınan şəxslərdən biridir. İQ səviyyəsi 125-135 olan ser Fray planetin ən tanınmiş ateistlərindən sayılır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Stiven-Fray  





Xəbər lenti