Ukraynada qaz hasilatı 40% azalıb

“Biz bu istilik mövsümündə idxal olmadan da keçinə bilərdik, lakin istehsala hücumlar yerli hasilatın azalmasını əvəzləmək üçün qaz idxal etmək məcburiyyəti qarşısında qoyur", - agentliyin mənbəsi bildirib.
Ukrayna bu ayın əvvəlindən qaz idxalını artırmağa başlayıb, o vaxtdan bəri həcmlər təxminən 10 dəfə artaraq sutkada 20 milyon kubmetri keçib.
2022-ci ildəki genişmiqyaslı işğaldan sonra Rusiya Ukraynanın elektrik sektoruna çoxsaylı raket və dron hücumlar edib, lakin son həftələrdə qaz yataqlarına hücumları gücləndirib.
Ukraynanın dövlət “Naftogaz” şirkəti və DTEK böyük özəl enerji şirkəti bildiriblər ki, Rusiya fevral ayında ən azı iki dəfə onların obyektlərinə hücum edərək, ziyan vurub.
Sahil İsgəndərov
AzVision.az