Qəzza sakinləri “HƏMAS”-ın əleyhinə çıxdılar

“Mən xalq adından bir mesaj verməyə gəlmişəm: daha müharibə olmasın. Soyadını açıqlamaqdan imtina edən Məhəmməd adlı şəxs də əlavə edib ki, “HƏMAS”-ın mülki geyimli təhlükəsizlik zabitlərinin etirazı dağıtdığını görüb”, - agentlik bildirir.
Digər nümayişçi insanların müharibədən yorulduğunu deyib: “Əgər həll yolu “HƏMAS”-ın Qəzza zolağında hakimiyyətdən əl çəkməsidirsə, bəs niyə xalqı qorumaq üçün getmirlər?”
Dünən axşam saatlarında “Telegram”-da Qəzza zolağının müxtəlif yerlərində təkrar nümayişlərin keçirilməsi üçün çağırışlar olub.
Xatırladaq ki, martın 18-nə keçən gecə İsrailin Müdafiə qüvvələri yanvarın 19-dan atəşkəs razılaşmasının qüvvədə olduğu Qəzza zolağında “HƏMAS”-ın hədəflərinə aviazərbələr endirməklə yanaşı quru əməliyyatını da bərpa edib. İsrail hökumətinin iddiasına görə, bunda məqsəd əsirlikdə qalan girovların azad edilməsi üçün “HƏMAS”-a qarşı təzyiqi artırmaqdır.
Bu arada, Qətərin “Al Jazeera” telekanalı “HƏMAS”-ın siyasi bürosunun üzvü Husam Badranın Qəzza zolağında müharibəyə tez son qoymağa çağırdığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Qəzza