BMT-nin Təhlükəsizlik Şurası təcili toplaşır

“Biz 49 gün əvvəl ABŞ-nin tam atəşkəs təklifi ilə razılaşdıq, lakin Rusiya bunu etmədi. Bu, kimin həqiqətən sülh istədiyini açıq şəkildə göstərir”, - Ukrayna XİN-in rəhbəri yazıb.
Andrey Siqiba iclas iştirakçılarını dinc əhaliyə qarşı rus terrorunun güclənməsini pisləməyə və Moskvaya təzyiqlərin artırılması məsələsində prinsipial mövqe tutmağa çağırıb.
Qeyd edək ki, aprelin 29-na keçən gecə Rusiyanın PUA-lar vasitəsi ilə yenidən Ukrayna bölgələrinə kütləvi zərbələr endirməsi nəticəsində Dnepropetrovsk vilayətində 12 yaşlı qız həlak olub, 3 mülki şəxs isə yaralanıb. Kiyev vilayəti səması üzərində vurulan “Şahid” dronları üçmərtəbəli binada yanğına səbəb olub - bir qadın xəsarət alıb.
Bundan əvvəl, aprelin 25-də Pavloqrad şəhərinə zərbələr nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olmuş, on nəfər yaralanmışdı. Zərərçəkənlər yanıqlar, kəllə-beyin zədələri və sınıqlar alıblar.
Sahil İsgəndərov
AzVision.az