Avtoritetin dostu Rusiyada tutuldu
Rusiya mətbuatına əsasən, həbs zamanı onun üstündən narkotik maddələr və saxta pasportun aşkarlanıb. Ruslan Lebed 2012-ci ilin dekabrında "oğru" adlı alıb.
Həmin vaxt Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Ded Hasan"a qarşı olan qruplaşmanın mənsubları "sxodka", yəni "oğru toplantısı" keçirmişdilər.
"Cemo" ləqəbli Cemal Mikeladze, "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyev və "Timoxa" ləqəbli Aleksandr Borun rəhbərlik etdiyi toplantıda Belarusun 3 vətəndaşı "oğru" tituluna yiyələnmişdi.
Həmin şəxslər "Paşa Paştet" ləqəbli Pavel Alekseyeviç, "Medvejonok" ləqəbli Aleksandr Medvedev və "Lebed Borisovskiy" ləqəbli Ruslan Lebed idi. Ümumiyyətlə isə həmin toplantıda 16 nəfərə "oğru" adı verilmişdi. Milli.az bildirir ki, iddialara görə, Ruslan Lebed "Rövşən Lənkəranski"nin dostudur.
"Ded Hasan" ləqəbli Aslan Usoyan Dubay toplantısında "oğru" adı almış şəxslərin adlarını və "oğru"luqlarını tanımadığını demişdi.
Yanvarın 16-da isə "Ded Hasan" snayper atəşi ilə qətlə yetirilmişdi.
Teqlər: