Nazir müavini yeniliklərdən danışdı

Nazir müavini yeniliklərdən danışdı
  29 Aprel 2013    Oxunub:1034
Tezliklə mobil telefonlarda nömrələrin daşınması işə salınacaq
“İnsanlar bu il yeni xidmətlərdən istifadə edəcəklər”. AzVision.az xəbər verir ki, bu sözləri İnformasiya və və Kommunikasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bu gün keçirilən tədbirdə deyib. Nazir müavini bildirib ki, bu il Azərbaycanın ilk dəfə olaraq öz peykini orbitə göndərdi.

“Bu o deməkdir ki, insanlar bu il yeni xidmətlərdən istifadə edəcəklər. İnternet və mobil rabitə xidmətində yeniliklər olur və bu davam edəcək”.

Nazir müavini may ayının 1-dən etibarən ölkəmizdə mobil telefonların qeydiyyatıni aparılacağını deyib: “May ayının birindən etibarən ölkəmizdə istifadə edilən mobil telefonların qeydiyyatı aparılacaq. Belə ki, ölkəmizə gətiriləcək telefon rəsmi şirkətin deyilsə, onun istismarı qadağan olunacaq. Yalnız qeydiyyatdan keçəcək telefonları istifadəsinə icazə veriləcək”.

Həmçinin İ.Məmmədov yaxın vaxtlarda tətbiq olunacaq nömrələrin daşınmasından danışıb.

“Bu yaxınlarda ölkəmizdə mobil rabitədə yenilik olacaq ki, bu da nömrələrin daşınmasının tətbiq olunmasıdır. Bununla bağlı işlər artıq yekunlaşıb. Kiçik bir texniki işlər qalıb ki, onlarda tezliklə həll olunacaq”-deyə nazir müavini vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti