İcra hakimiyyətlərinin xərci artır

İcra hakimiyyətlərinin xərci artır
  15 Fevral 2013    Oxunub:1836
Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək.
Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun qəbul olunub.
Qanunu təqdim edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dispanserizasiya uşaqların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq.
Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.
Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçiriləcək.
(trend)



Teqlər:  





Xəbər lenti