Dövlət qulluğu vəzifələri üçün müsabiqə başladı

Dövlət qulluğu vəzifələri üçün müsabiqə başladı
  16 Fevral 2013    Oxunub:2503
Müsabiqə martın 6-a kimi davam edəcək.
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu gündən etibarən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsabiqə elan edilib.

DQMK-dan verilən xəbərə görə, 6 mart saat 18:00-dək davam edəcək ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə komissiyaya müraciət etməlidirlər.

Müsabiqədə iştirak edəcək dövlət orqanlarının sayı 12, vakant vəzifələrin sayı 85, vakant yerlərin sayı isə 89-dur. Belə ki, müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 17 vəzifə üzrə 17 yer, Mədəniyyət və Turizm Nazirliyində 2 vəzifə üzrə 2 yer, Təhsil Nazirliyində 7 vəzifə üzrə 7 yer, Maliyyə Nazirliyində 1 vəzifə üzrə 1 yer, Kənd Təsərrüfatı Nazirliyində 1 vəzifə üzrə 1 yer, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 3 vəzifə üzrə 3 yer, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 3 vəzifə üzrə 3 yer, Əmlak Məsələləri Dövlət Komitəsində 12 vəzifə üzrə 12 yer, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1 vəzifə üzrə 1 yer, Dövlət Sosial Müdafiə Fondunda 36 vəzifə üzrə 40 yer, Bakı Ağır Cinayətlər Məhkəməsində 1 vəzifə üzrə 1 yer, Bakı şəhər Nəsimi Rayon Məhkəməsində isə 1 vəzifə üzrə 1 yer ayrılıb.


Teqlər:  





Xəbər lenti