Təbrizdəki konsulluğumuzdan şairlərə bağlı məlumat

Təbrizdəki konsulluğumuzdan şairlərə bağlı məlumat
  02 May 2013    Oxunub:1636
“Həbs olunan şairəylə bağlı artıq bütün məlumatlar Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib”

Bu sözləri AzVision.az-ın sorğusunu cavablandıran Azərbaycanın Təbriz şəhərindəki vitse-konsulu Nəriman Orucəliyev deyib.

“Tərəfimizdən bu məsələ araşdırılıb. Bütün məlumatlar Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib”-deyə, vitse konsul bildirib.

Qeyd edək ki, dünən İranda azərbaycanlı elmi yazıçı Xalidə Xalid və onun köməkçisinin saxlanıldığı barədə məlumat yayılıb.

«Oyannews»un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Saxlanan azərbaycanlı fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti