“İlin sonu televiziyalar rəqəmsal yayıma keçə bilər”

“İlin sonu televiziyalar rəqəmsal yayıma keçə bilər”
  02 May 2013    Oxunub:1107
Rəqəmsal formata keçəndən dərhal sonra analoq formatda yayım dayandırılacaq.
“Kasıb ailələrin hər birinə dekoderlər veriləcək”. Bunu AzVision.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, hazırda bununla bağlı iş gedir.

“Azərbaycan hökuməti və dövləti insanlarını yaxşı başa düşür. Bu baxımdan rəqəmsala yayıma keçən zaman hər bir kasıb ailəyə dekoder veriləcək. Hazırda bununla bağlı işlər gedir. Tezliklə bu işlər yekunlaşacaq»-deyə N.Məhərrəmli vurğulayıb”.

MTRŞ sədri qeyd edib ki, rəqəmsal formata keçəndən dərhal sonra analoq formatda yayım dayandırılacaq. Bundan başqa N.Məhərrəmli rəqəmsal yayıma keçidin bu ilin sonunda olacağını da deyib.

Anar


Teqlər:  





Xəbər lenti