“2003-cü ildə Azərbaycan çox böyük təhlükə içərisində idi”

“2003-cü ildə Azərbaycan çox böyük təhlükə içərisində idi”
  03 May 2013    Oxunub:1321
“2003-cü ildə seçkilər zamanı Azərbaycan böyük təhlükə ilə qarşı-qarşıya idi. Azərbaycan hələ heç vaxt bu cür təhlükə ilə üzləşməmişdi”.

AzVision.az xəbər verir ki, bu sözləri “Heydər Əliyev mənim həyatımda” adlı kitabın təqdimat mərasimində çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Әli Həsənov deyib.

O, bildirib ki, 2003-cü il seçkiləri ərəfəsində Azərbaycan böyük təhlükə ilə üzləşmişdi : “O vaxt Azərbaycan öz ərazisini və dövlətçiliyini itirə bilərdi. Bundan sonra xalqımızın taleyinin necə olacağı bilinmirdi. Lakin ulu öndərin yetişdirdiyi görkəmli siyasətçi və layiqli davamçısı Prezident İlham Әliyevin sayəsində bu baş vermədi. Cənab prezident İlham Əliyev hakimiyyətə gəldi və o Azərbyanı bu çətin vəziyyətdən çıxartdı. Ölkəni doğru yolla aparmağa davam etdi“.

Sonda Əli Həsənov bildirib ki, Azərbaycanda nə qədər Heydər Әliyev siyasəti varsa, bu dövlət inkişaf edəcək, sabitlik qorunacaq, xalq isə əmin-amanlıq şəraitində yaşayacaq.

Anar


Teqlər:  





Xəbər lenti