Mənim köməkçim

Mənim köməkçim
  03 May 2013    Oxunub:1533
Etibar Hüseynov

Bu dəfə də alınmadı. Zatən 10 ildi ölkənin "canavar" qəzetlərinin "əjdaha" müxbirləri doqquz dönənimi 100 kərə təftiş edib neyləyibllər ki, dünən yumurtadan cıxmış cocuq "zurnalist"lər də neyləyə?
Mənim millət vəkili olmağımı hec cürə sinirə bilmədiklərini bir cox hallarda açıq-aşkar dillərinə gətirənlər, “niyə mən yox, o?!”- deyərək, paxıllıqdan od tutub yanan kəslər - bir güzgüdə özunüzə, ətrafınıza baxın, sonra da kecmişinizə boylanın, - görün bir nə gündəsiniz?.. Mən 25 illik jurnalist fəaliyyətimdə bir imzasız yazı yazmadım, qələmə aldıqlarımın altından təxəllüs deyil, imzamı qoydum. Televiziyada yazdıqlarımı başqalarına oxutmadım - efirə özüm cıxdım, özüm göründüm, özüm dedim. Sizlər kimi gündə bir düşərgə dəyişib, gündə birinə mirzəlik etmədim. Bir yolum, bir əqidəm, bir liderim oldu. Göydə Allahıma, yerdə Prezidentimə, evdə ailəmə, həyatda dostlarıma sədaqətli oldum. Bəs siz kimsiniz?

Dəfələrlə mətbuatda, hətta efir vasitəsilə arxamca danışanlara, imzasız “comment”lər yazan, əyninə şalvar geyinib “kişi” adını daşıyanlara müraciət etdim, dedim ki, gəlin, dəvət edirəm hamınızı, cəsarətiniz catırsa oturaq üzbəüz, kişi kimi söhbət edək. Amma bir əynişalvarlı, başıpapağlısı cəsarət edib qarşıma cıxmadı. Cönki sizlər yalnız şər-böhtan, cəfəngiyyat yazmaq üzrə mütəxəssissiniz, ayrı hec nə deyilsiz. Və bu cür cəsarətsiz və qorxaqlar hec vaxt irəli gedə bilməzlər. Ona görə də elə ömür boyu onun-bunun paxıllığını cəkə-cəkə cərləyib öləcəksiniz. Sizlərə ayrı sözüm yox.

Mənim naməlum "köməkçi"mdən yazan oğlanların nəzərinə: unutmayın və bu adları yaxşı-yaxşı yadda saxlayın; CƏSARƏT, HƏQİQƏT VƏ ƏDALƏT - mənim həyatda ən sadiq köməkcilərimin adları bunlardır. Ötən günlər ərzində haqqımda yazılan çirkin iftiranın təkzib olunub, həqiqətin yayımlanmasında rolu olan bütün dəyərli jurnalist həmkarlarıma dərin təşəkkürümü catdırmağı da özümə borc bilirəm.

Və sonda... "Sitatın sonu" proqramının ilk buraxılışında da qeyd etmişdim ki, indən belə ölkənin şər-böhtan maşını da işə düşəcək. Və dediklərim də təsdiqini tapdı. Amma mən vaxtımı və enerjimi bu cür ücüz və səviyyəsiz şayiələrə sərf etmək fikrində deyiləm. Ona görə də indən belə haqqımda yazanları Allaha tapşırıb bəyan edirəm ki, onların hec bir atmaca və tapmacalarına cavab verməyəcəyəm. Və bu gündən etibarən mətbuatla təmaslarımı müəyyən müddətə dayandırıram. Jurnalist dostlarımın məni anlayışla qəbul edəcəyinə umid bəsləyirəm. Bir qapıya oynamaq istəyən "Zurnalist"lər isə buyursunlar. Deyin ağlınıza və ağzınıza gələnləri. Amma Hacıbala müəllim demişkən, "əmin ola bilərsiz ki", sizin bu hay-küyünuz məni yolumdan döndərə bilməyəcək.


Teqlər:  





Xəbər lenti