Prezidentlər görüşə bilər

Prezidentlər görüşə bilər
  03 May 2013    Oxunub:1266
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər.
«Armpress»-in yayadığı xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məlumat verib. Nazir həmçinin, may ayında Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün baş tuta biləcəyini də qeyd edib.

Siyasi ekspertlər isə Krakov görüşündə Ermənistan qarşısında ciddi tələblər qoyulacağı qənaətindədirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması Cənubi Qafqaz regionunda yeni gərgin proseslərə rəvac verib. Ötən ay regionda müşahidə olunan siyasi məsələlər sırasında Dağlıq Qarabağ ətrafında gedən proseslərə sırasında diqqəti daha çox çəkən Rusiyanın Türkiyənin münaqişənin həllində rolunun artması ilə bağlı narahatlığıdır.

Kremldə anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanla yanaşı, həmsədr ölkə kimi Rusiyanın da maraqlarına cavab vermir. Dağlıq Qarabağ münaqişəsilə bağlı müəyyən irəliləiyşlərin olacağına dair gözləntilərə gəlincə, siyasi ekspertlər növbəti görüşdə yeniliklər olacağını istina etmirlər.

Əsas proqnozlardan biri işğalçı Ermənistan qarşısında müəyyən tələblərin qoyulacağı ilə bağlıdır. Ekspertlər xarici işlər nazir Edvard Nalbandyanın Azərbaycanı işğal altındakı ərazilərinə səfərini də bununla əlaqələndirir. Nalbandyanın prezidentlərin görüşü ilə bağlı söylədiklərinə gəlincə, ekspertlər hesab edir ki, belə bir görüşün baş tutması indiki məqamda gözlənilən deyil.

Amma prezidentlər bir araya gəlsə belə, prosesdə hər hansı irəliləyişə səbəb olma ehtimalı azdır. «Prezidentlər səviyyəsində görüş yalnız o zaman nəticə verə bilər ki, dövlət başçıları vasitəçilərin iştirakı olmadan, ikitərəfli formada baş tutsun. Bu, isə İrəvanın destruktiv mövqedən əl çəkməsi nəticəsində mümkün ola bilər», - siyasi ekspretlər bu qənaətdədirlər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti