Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans bitdi

Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans bitdi
  03 May 2013    Oxunub:1337
“Azərbaycanlıların qonaqpərvərliyinə heyranam”.
Bu gün BSU-da Ümummulli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV Beynəlxalq Elmi Konfransın bağlanış mərasimi keçirilib.

Təntənəli mərasimi BSU-nun rektoru professor Kamal Abdullayev açaraq konfransın işini tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirdi, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açıb.

O, bu cür konfransların keçirlməsinin bizim dünyaya yol açmağımız üçün vacib amil olduğunu vurğuladı.
Konfrans iştirakçılarına minnətdarlığını bildirən rektor konfransın keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirdi ki, bu tip konfranslar təkcə Bakı Slavyan Universitetində deyil, Azərbaycanın digər Universitetlərində də keçirilir.
Rektor BSU-nun Kiyev, Poltava, Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın inkişafında əhəmiyyətini vurğuladı.

Belarus Respublikasının Azərbaycandakı səfiri N.Y.Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirdi.

Daha Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir, “Marşalek” Holdinqin prezidenti A.Marşalek, Palatski Universitetinin rektoru, professor M.Maşlan, Harvard Universitetinin professoru M.Kramer, Tbilisi Dövlət Universiteti Linqvistika Institutunun direktor müavini, professor M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Misirin Ayn-Şəms Universiteti əməkdaşı Ə.S.Elaydi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Ural Federal Universitetinin professoru A.G.Nesterov, Qazıxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir çıxış edərək azərbaycanlıların qonaqpərvərliyinin vurğunu olduğunu, Bakıdan xoş təəssüratlarla ayrılacağını dilə gətirdi.

Çıxışında rektor Kamal Abdullaya çoxlu təşəkkür edən S.S.Demir Bakıya ilk səfərinin gözəl və maraqlı olduğöubu sözlə ifadə edə bilməyəcəyini dilə gətirdi.

Qeyd edək ki, 220-dən çox yerli və xarici alimin məruzələrinin qəbul olunduğu konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, Belorus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqariyadan 40 qonaq iştirak edib.
Konfransın sonunda Bakı Slavyan Universiteti ilə Çexiyanın Olomouts şəhərinin Palatski Universiteti arasında, Türkiyə Respublikasının Pamukkale Universiteti arasında, Poltava İqitisadiyyat və Ticarət Universiteti ilə Çexiyanın Olomouts şəhərinin Palatski Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Onu da qeyd edək ki, konfransda Litva Dil İnstitutu, Tbilisi Dövlət Universiteti nəzdində Linqvistik İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Bakı Slavyan Universiteti arasında linqvistik araşdırmalar istiqamətində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mirvari



Teqlər:  





Xəbər lenti