İran səfiri Nizami Gəncəvi məqbərəsində

İran səfiri Nizami Gəncəvi məqbərəsində
  03 May 2013    Oxunub:1379
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin Gəncəyə səfər edib
Gəncə Şəhər İcra Hakmiyyətindən AzVision.az-a verilən məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin bu gün şəhərimizə səfər edib.

Böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanan səfir Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə görüşüb, ikitərəfli əlaqələrin qurulması istiqamətində işgüzar söhbət aparıb. İran diplomatının Gəncəyə səfərindən məmnun olduğunu bildirən Elmar Vəliyev şəhərin ictimai-siyasi və iqtisadi vəziyyəti, eləcə də ölkə başçısının rəhbərliyi ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində şəhərdə görülən işlər barədə ətraflı məlumat verib. Sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqla bağlı görülən işləri qonağın diqqətinə çatdırıb.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncəyə səfərindən razı qaldığını bildirmiş və demişdir ki, onun bu arzusunun gerçəkləşməsindən olduqca məmnundur. Səfir qeyd edib ki, o, bu qədim şəhərə səfəri zamanı dahi Nizami Gəncəvinin məqbərəsini, İmamzadə ziyarətgahını, Şah Abbas məscidini ziyarət etmiş, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.

Görüşdə Gəncə ilə İran İslam Respublikasının hər hansı bir vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işgüzar danışıqlar aparılmış və bu sahədə bir sıra təkliflər irəli sürülüb.

Qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunduqdan sonra səfir və onu müşayiət edən rəsmi şəxslər şəhərdə fəaliyyət göstərən müəssisələrlə tanış olub.


Teqlər:





Xəbər lenti