Şeyx prezidentin maşınını almaq istəyir - milyon dollara
Avtomobil həvəskarı olmadığını deyən 79 yaşlı prezident köhnə avtomobilini satacağı təqdirdə əldə olunan gəliri dəstəklədiyi evsizlərin yaşayış yerləri ilə təmin edilməsi ilə bağı proqramının hesabına keçirəcəyini qeyd edib. Hazırda uruqvaylıların sevərək Pepe adlandırdıqları prezident köhnə fermada yaşayır və maaşının böyük hissəsini kasıblara verir. 2010-cu ildə təqdim etdiyi şəxsi əmlak haqqında deklarasiyada o, var-dövlətinin 1800 dollardan ibarət olduğunu göstərib. Ölkə əhalisi arasında keçirilən sosial sorğunun nəticələrinə görə, dünyanın ən kasıb prezidenti olan Muxikanı uruqvaylıların 60 faizi dəstəkləyir. Lakin Uruqvay qanunlarına görə prezident bu vəzifəyə ikinci dəfə seçilə bilməz.
Qeyd edək ki, Xose Muxikanın prezidentlik müddəti bu il başa çatır
AzVision.az