Əsgərimiz yoldaşlarını yaraladı

Əsgərimiz yoldaşlarını yaraladı
  04 May 2013    Oxunub:1184
Azərbaycan Ordusunun əsgəri iki hərbçi yoldaşını yaralayıb.
Hadisə mayın 1-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Aqil Rəsulovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşları Ceyhun Əmiraslanov və Şahin Rəhimova dəyib.

Hər iki əsgər xəsarətlə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yaralı əsgərlərin vəziyyəti kafidir.


Teqlər:  





Xəbər lenti