İrandan şairlərlə bağlı açıqlama

İrandan şairlərlə bağlı açıqlama
  04 May 2013    Oxunub:1161
İran Azərbaycan vətəndaşlarının qeyri-qanuni əməllərinə görə həbs olunduğunu bildirib
İranın Xarici İşlər Nazirliyinə yaxın mənbə vətəndaşlarımızın qeyri-qanuni əməllərinə görə tutulduğunu bildirib.

AzVİsion.az İran KİV-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının iki vətəndaşı İrana turist kimi daxil olub və onlar qeyri-qanuni əməllərinə və əlaqə qurmalarına görə ittiham edilirlər. Bununla bağlı onlara ünvanlanan ittihamlar məhkəmə tərəfindən araşdırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu bu qurumun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti