“Prezidentimizlə fəxr edirik”

“Prezidentimizlə fəxr edirik”
  06 May 2013    Oxunub:1270
Xalq artisti Firəngiz Mütəllimova və Zemfira Nərimanova prezident İlham Əliyevə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda bildirilir:

“Möhtərəm Prezident!
Ölkəmizdə teatr sənətinin inkişaf etdirilməsi, Milli Teatr Gününün təsis edilməsi, teatr əməkdaşlarının təltif olunması barədə verdiyiniz sərəncamlar bu sahədə çalışan insanlar, habelə bütün teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Sənətə və sənət adamlarına göstərdiyiniz diqqət və qayğı onları daha həvəslə çalışmağa ruhlandırır.

Hörmətli cənab Prezident, böyük etimad göstərərək bizi Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik və həmişə Sizi dəstəkləyirik”.


Teqlər:





Xəbər lenti